Bölmələr
Kömək
Əsas səhifə / Kömək
Qeydiyyat
Aktiv vakansiyalara daha sürətli və rahat müraciət edə bilmək üçün qeydiyyat mütləqdir. Qeydiyyatsız müraciət mümkün deyil. Qeydiyyatdan bir dəfə keçdikdən sonra yaranan vakansiyalara asan bir şəkildə “Müraciət et” düyməsini klikləyərək, müraciət etmiş olacaqsınız. Həmçinin sizə gəlmiş bildirişləri şəxsi kabinetinizdə, elektron poçtunuzda görə biləcəksiniz. Şəxsi kabinetinizdəki məlumatları doldurarkən ulduzlu sahələrin doldurulması mütləqdir və bütün sahələrin doldurulması müraciətinizin daha sürətli təhlili üçün önəmlidir. Şəxsi kabinetiniz formalaşdıqdan sonra məlumatlarınızı müəyyən dövrdən bir yeniləyə bilərsiniz və yenidən müraciət edə bilərsiniz, hər dəfə CV yaratmağa ehtiyac yoxdur. Şəxsi kabinetinizdəki məlumatların yenilənmiş halı sadəcə yeni müraciətlərinizdə əksini tapacaq.
Qeydiyyatdan keçmək üçün yuxarı sağ hissədə olan Qeydiyyat bölməsinə yaxud Komandamıza qoşulun bölməsinə klikləyə bilərsiniz.Daha sonra tələb olunan məlumatları daxil etməklə qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat zamanı təsdiqləmə kodunu əldə etməmisinizsə, elektron poçtunuzun "Spam" qovluğuna da baxın. Əgər təsdiqləmə kodu həmin qovluqda da yoxdursa, o zaman bu barədə bizi saytda qeyd edilən əlaqə vasitəsiləri ilə məlumatlandıra bilərsiniz.
Şəxsi kabinet
Xeyr, vakansiyalara müraciət etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Şifrə unudulduğu zaman şifrənin bərpası üçün qeydiyyat zamanı daxil etdiyiniz elektron poçt (e-mail) ünvanı lazımdır. Bunun üçün yuxarı sağ hissədə "Daxil ol" daha sonra isə açılan pəncərədə "Şifrəmi unutmuşam" bölməsinə klikləməlisiniz. Elektron poçt ünvanı qeyd etdikdən sonra şifrənin sıfırlanması barədə təlimat həmin elektron ünvana göndəriləcəkdir.
Müraciət
Müraciət etmək üçün hər hansı aktiv vakansiyaya daxil olmalısınız. Vakansiyaya daxil olduqdan sonra yuxarı sağ hissədə "Müraciət et" bölməsinə klikləməlisiniz.
İşə qəbul prosesi vakant vəzifədən asılı olaraq test və müsahibə mərhələsindən ibarətdir.
İmtina cavabı göndərildikdən 6 ay sonra yenidən müraciət edə bilərsiniz.
İmtahan və müsahibə mərhələsini keçmədiyiniz təqdirdə elektron poçt ünvanınıza məlumat göndərilir.
Müraciət çoxluğunu nəzərə alaraq mümkün qədər tez geri dönüş etməyə çalışırıq.
1 ay ərzində maksimum 3 vakansiyaya müraciət edə bilərsiniz.
Test mərhələsində hər rübdə 1 dəfə iştirak edə bilərsiniz. Lakin qeyd edək ki, ilkin test nəticəniz qənaətbəxş olarsa digər vakansiyalar üçün də dəyərləndirilir.
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz