Bölmələr
Gizlilik siyasəti
Əsas səhifə / Gizlilik siyasəti

Giriş

Bu Məxfilik Siyasəti (“Siyasət”) Sizə məxsus və/və ya tərəfinizdən təqdim edilmiş fərdi və digər məlumatların (“məlumatlar”) “Bank of Baku” ASC (“Bank”) tərəfindən toplanması, qorunması, emalı, istifadə edilməsi, açıqlanması (elan edilməsi, ötürülməsi), idarə edilməsi və bunlara dair razılıqları əks etdirən bir bəyanat və ya sənəddir. Sizin fərdi məlumatlarınızı toplamaqda əsas məqsəd sizin təhlükəsizliyinizi təmin etmək, sizin tələbatlarınıza və istəklərinizə daha uyğun olan effektiv xidmət və xüsusiyyətləri təqdim etməkdir. Biz yalnız bu məqsədə nail olmaq üçün lazım olan məlumatı toplayırıq. Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları “Qeydiyyat” bölməsində _________ internet portalında, qeydiyyat formasını dolduraraq, təqdim edir və aşağıdakı məlumatları daxil edir:

- İstifadəçinin soyadı, adı, atasının adı;

- İstifadəçinin əlaqə telefonu;

- Elektron ünvan (e-mail);

- İstifadəçinin yaşadığı ünvan.

Sizin şəxsi məlumatlarınız Bank of Baku tərəfindən kukilər və ya veb-saytdan istifadə zamanı məlumat sahibləri kimi doldurduğunuz sahələr vasitəsilə toplanır.

Məlumatlar Sizin şəxsiyyətinizi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir məzmunda veb səhifə tərəfindən texniki olaraq dəstəklənə bilən istənilən formada təqdim oluna və ya yüklənə bilər (ad, ünvan, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyəti təsdiq edən sənədlər və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi və ya digər arayış, CV, SMS, elektron poçt, kuki və s.). Bank olaraq bu Siyasətdə Sizə aid hansı məlumatların tərəfimizdən hansı qaydada toplandığına, məxfi saxlanıldığına, paylaşıldığına, habelə istifadəsinə və ötürülməsinə dair Sizə bir sıra seçimlər təklif edirik.

Bizə verdiyiniz məlumatlar

Siz veb səhifədə məlumatlarınızı şəxsi kabinet (hesab) yaratmaq, vakansiyalar üçün müraciət etmək və ya veb səhifədəki digər məlumatlarla tanış olmaq üçün təqdim edirsiniz, daxil edirsiniz və ya yükləyirsiniz.

Qeydiyyat

Şəxsi hesab yaratmaq üçün adınızı, elektron ünvanınızı və/və ya mobil telefon nömrənizi, parolunuzu, həmçinin qeydiyyat üçün tələb olunan digər məlumatları və saytda şəxsi məlumatlarınızı göstərməlisiniz. Bank uşaqların və həssas şəxslərin məxfiliyinin qorunmasını nəzərə alaraq bütün məlumatları öz adından toplayır, istifadəçilər məlumatların emalı ilə bağlı razılıqlarını geri götürmək hüququna malikdirlər. Məlumatların, informasiya və kommunikasiya sistemlərinin işlənməsi zamanı bütün mövcud texniki mühafizə tədbirləri və digər təhlükəsizlik tədbirləri tətbiq edilir. Digər tərəfdən, məlumat istifadəçiləri bankın məlumatların məxfiliyinin qorunması və onların toplanma məqsədlərinə və ya istifadə üçün verilmiş icazəyə uyğun istifadəsinə dair müqavilələr bağladığı şirkətlərdir.

Şəxsi kabinet

Şəxsi hesabınızda bəzi məlumatlarınızı (məsələn, qeydiyyat məlumatları) daxil edib-etməməyi seçə bilərsiniz. Bununla belə, ulduz işarəsi ("*") ilə qeyd olunacaq məlumatlarınızı (əlaqə məlumatı, təhsil, iş təcrübəsi və s. kimi) daxil etməlisiniz. Nə qədər çox məlumat versəniz, CV-niz bir o qədər dəqiq və dolğun olacaq ki, bu da seçimimizdə daha dəqiq olmağa kömək edəcək. Ulduz işarəsi ilə işarələnmiş məlumatlar istisna olmaqla, şəxsi hesabınıza açıqlamaq istəmədiyiniz şəxsi məlumatları göndərməyin və ya yükləməyin.

Göndərmə və Yükləmə

Doldurduğunuz ərizə forması avtomatik olaraq bizə elektron ünvan vasitəsilə göndərilir. Şəxsi hesabınızda şəxsi məlumatlarınızı hər dəfə dəyişdirdiyiniz zaman yenilənmiş məlumatlar İnsan Resursları departamentinin vaxid cv bazaya yüklənəcək. Şəxsi məlumatlarınızı tam və ya doğru olmayan şəkildə göndərmədikdə və ya mütəmadi olaraq yeniləmədikdə, Sizinlə əlaqə qurmağımız məhdudlaşa bilər.

Məlumatların təhlükəsizliyi

Bank İstifadəçi məlumatlarının icazəsiz daxil olmaq, dəyişdirmək, açıqlamaq və ya məhv etmək cəhdlərindən təhlükəsizliyini və mühafizəsini təmin etmək üçün bütün mümkün tədbirləri görür və eləcə də digər qeyri-münasib istifadə növləri.

Məlumatlarınızın təhlükəsizliyinin mütəmadi qorunmasına çalışırıq, təhlükəsizlik pozuntularını izləyir və qarşısını almağa çalışırıq. Xüsusilə, Bank məlumat oğurluğu, fişinq (ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan kiberdələduzluğun bir növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir) və digər fırıldaqçılıq növləri məqsədilə Bankın sistemlərinə icazəsiz girişin qarşısını almaq üçün məlumatların toplanması, saxlanması və emalı üsullarını, o cümlədən fiziki təhlükəsizlik tədbirlərini daim təkmilləşdirir. Bank həmçinin İstifadəçilərin məlumatlarına girişi məhdudlaşdırır, məxfilik sahəsində ciddi müqavilə öhdəlikləri nəzərdə tutur, onların pozulmasına görə ciddi cəzalar və cərimələr nəzərdə tutulur. İstifadəçi adı və parol kimi hesab məlumatlarını üçüncü şəxslərdən gizli saxlamalıdır. İstifadəçi hesabından icazəsiz istifadə ilə bağlı hər hansı şübhəli hal aşkar etdikdə, bu barədə dərhal Banka məlumat verməyi öhdəsinə götürür. Xahiş edirik, bu veb səhifə üzrə xidmətlərimiz vasitəsilə mövcud olan təhlükəsizlik şərtlərinə əməl edəsiniz. Eyni zamanda bildiririk ki, yarana biləcək hər hansı texniki nasazlıqlar və kiber hücumlarla bağlı məlumatlarınızın qorunacağına təminat vermirik və bunun üçün məsuliyyət daşımırıq. Hər hansı fiziki, texniki və ya idarəetmə təhlükəsizliyimizi pozaraq məlumatların əldə edilməsinə, açıqlanmasına, dəyişdirilməsinə və ya məhv edilməsinə zəmanət vermirik.

Məlumatların istifadə məqsədləri

İstifadəçi məlumatları Bank tərəfindən portalın texniki idarə edilməsi, habelə portalın fəaliyyətinin təhlili və təkmilləşdirilməsi və İstifadəçilərə Bank tərəfindən göstərilən xidmətlər haqqında məlumatların təqdim edilməsi məqsədilə toplanır.

Emal üçün qanuni əsaslar

Kukiləri qəbul etməmək və onları rədd etmək üçün brauzerinizin parametrlərini dəyişdirmək hüququnuz var, lakin bu halda saytın müəyyən səhifələri və/yaxud bölmələri, eləcə də saytın digər xüsusiyyətləri sizin üçün əlçatan olmaya bilər. Gələcəkdə elektron məktubları almamaq qərarına gəlsəniz və əvvəllər veb saytımız vasitəsilə bizə təqdim edilmiş şəxsi məlumatların verilənlər bazamızdan silinməsini istəyirsinizsə, zəhmət olmasa,bu barədə bizə e-mail vasitəsilə bildirin.

Bankın onlayn məxfilik siyasətinə edilən hər hansı dəyişiklik bu səhifədə yerləşdiriləcək. Beləliklə, siz həmişə hansı məlumatları topladığımızı və ondan necə istifadə etdiyimizi biləcəksiniz.

Əlaqə məlumatları

Bu Siyasətlə bağlı hər hansı sualınız olduqda, portalda göstərilən vasitələrlə bizimlə əlaqə yarada bilərsiniz.


Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz