Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə 23-24 fevral tarixlərində ölkədə ilk dəfə olaraq minaların təmizlənməsi mövzusunda “MİNAHACK” hakatonu keçirilmişdir.
Layihənin məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılmasına innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də 17 yaşdan yuxarı ən fəal icma üzvlərini bir araya gətirərək, torpağın minalardan təmizlənməsi üçün texnoloji ideyalar və həllər təklif etməkdir.
Hakaton üzrə I, II və III yerləri qazanan komandalar müvafiq olaraq 5000, 2500, 1500 manat məbləğində pul mükafatı, finalçılar isə qiymətl hədiyyələr və diplomlarla mükafatlandırılmışdır.Bankımız da öz növbəsində bu layihədə sponsor qismində çıxış etmiş və finalda ilk yerləri qazanan komandaların mükafatlandırlıması mərasimində iştirak etmişdir.