Bankımız Azərbaycan HR İnstitutu tərəfindən 20 aprel 2023-cü il tarixində keçirilən Qlobal İnsan Resursları sammitində "Ən yaxşı İR texnologiya strategiyası" (Best HR Technology strategy) nominasiyası üzrə mükafata layiq görülmüşdür. Seçim anonim şəkildə 5 nəfər beynəlxalq səviyyəli İR peşəkarlarından ibarət jüri heyəti tərəfindən aparılmışdır. Bu nominasiya Bankımızda mart ayından tətbiqinə başlanılan və bir çox insan resursları proseslərinin avtomatlaşdırılmasına dəstək olan HRM proqram təminatı və portalı ilə bağlı verilmişdir.
Qeyd edək ki, bu tədbir 50 ölkədən və 5 qitədən 700-dən çox iştirakçının tanınmış HR liderlərinin, baş icraçı direktorların, sahibkarın, hökümət rəsmilərinin iştirakı ilə keçirilmişdir. "Qlobal HR Summit 2023" insan resursları sahəsində yeniliklərin təkmilləşdirilməsinə, qabaqcıl innovasiyaların və texnologiyaların yayılmasına, həmçinin yüksək səviyyəli nümayəndələri bir araya gətirməklə dialoq və müzakirələr vasitəsi ilə müxtəlif təcrübə mübadiləsinə həsr olunmuş tədbirdir.
Bankımızı bu uğur münasibəti ilə təbrik edir, bizi dəstəkləyən Bank of Baku rəhbərliyinə və proqramın ərsəyə gəlməsində zəhməti keçən hər bir həmkarımıza təşəkkür edirik.