Bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondunun təşkilatçılığı ilə “Sənayenin inkişafına dəstək” müsabiqəsi həyata keçirilmişdir. Sənaye və o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədi ilə Fondun güzəştli kreditlərinin verilməsində aktiv iştirak edən kredit mütəxəssisləri arasında bankımızın əməkdaşı, İnşaatçılar filialının Baş eksperti, Tofiq Hüseynzadə 3-cü yer üzrə qalib seçilmişdir. Bu fərqlənməyə görə Tofiq bəyi təbrik edir, uğurlu fəaliyyətinin davamını diləyirik!