Əməkdaşlarımızın karyera yüksəlişini daima dəstəkləyirik.
Bu məqsədlə “Bank of Baku”da “İstedadların idarə edilməsi” layihəsinə start verilib. Layihənin əsas hədəfi bank daxilində rəhbər vəzifələri tuta biləcək potensial əməkdaşları müəyyən etmək və onların karyera inkişafına dəstək olmaqdır.
Layihənin ilk mərhələsində namizədlər müxtəlif kriteriyalar üzrə testlərdən keçiblər və yekunda 12 əməkdaşımız davamçı namizəd olaraq seçilib.
Bundan sonrakı mərhələdə iştirakçılara bir çox istiqamətdə bank təlimləri keçiləcək və dəyərləndirmələr aparılacaq.
Hər bir əməkdaşımıza uğurlar arzu edirik!