Əsas məqsədimiz iş axtaranlarla birbaşa ünsiyyət qurmaq və onlara bankda mövcud olan karyera imkanları haqqında ətraflı məlumat təqdim etmək idi. Açıq Qapı Günü çərçivəsində iştirakçılar Bank of Baku-nun iş mühiti, korporativ dəyərləri və inkişaf perspektivləri ilə yaxından tanış oldular. Görüş zamanı iştirakçıların sualları cavablandırıldı və potensial əməkdaşlıq üçün ilkin addımlar müzakirə edildi.