07 dekabr tarixində Şirvan filialımızda keçirilən Açıq Qapı Günü çərçivəsində işaxtaran gənclərlə səmimi və faydalı görüşlər təşkil etdik. Gənclərlə karyera planları, inkişaf perspektivləri və bank sektorundakı mövcud imkanlar barədə ətraflı fikir mübadiləsi apardıq. Onların suallarına cavab verərək öz potensiallarını necə reallaşdıra biləcəkləri və uğurlu gələcək üçün hansı addımların vacib olduğu barədə yönləndirici tövsiyələr təqdim etdik.