Bölmələr
Bankı kəşf et
Əsas səhifə / Bankı kəşf et / Bank of Baku ASC-nin Müşahidə Şurasının üzvü, professor Mayis Əliyev “2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə əlaqədar beynəlxalq tədbirdə spiker kimi iştirak edib.
22 Fevral 2025

"Bank of Baku” ASC-nin Müşahidə Şurasının üzvü, professor Mayis Əliyev “2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın vacib istiqamətlərindən olan rəqəmsal maliyyə həllərinin inkişafı, bu sahədə innovasiyaların geniş miqyasda təşviqi ilə əlaqəli məsələlərdən olan “Süni intellektin korporativ mədəniyyətin formalaşdırılması və zehni rifahın təşviqindəki rolu” mövzusuna həsr edilmiş mötəbər beynəlxalq tədbirdə spiker kimi iştirak edib. 22.02.2025-ci il tarixində keçirilmiş və Litvanın Azərbaycan Respublikasındakı səfirinin açılış nitqi ilə başlayan bu tədbirdə nüfuzlu şirkətlərin rəhbər şəxsləri və İR mütəxəssislərinin iştirakı ilə korporativ mədəniyyətin formalaşdırılması və zehni rifahın təşviqində süni intellektin tətbiqinin müxtəlif aspektlərinin geniş müzakirəsi aparılıb, Mayis Əliyev isə müasir əmək bazarında süni intellektin tətbiqində hüquqi risklər barədə geniş məruzə ilə çıxış edərək, bu sahədə öz dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz