Bank of Baku ASC olaraq Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbələri istehsalat təcrübəsinə qəbul etdik. Təcrübə proqramı tələbələrin bank sektorunu daha yaxından tanıması, nəzəri biliklərini real iş mühitində tətbiq etməsi və gələcək karyeraları üçün ilkin addımlar atması üçün əhəmiyyətli bir platformadır. Təcrübə müddətində tələbələr müxtəlif departamentlər üzrə bankın gündəlik fəaliyyət prosesləri, müştəri xidmətləri, əməliyyatlar və daxili prosedurlar haqqında praktiki biliklər əldə edəcəklər. Proqramın ilk günü Bankımızın İnsan Resursları komandası ilə görüş keçirildi. Görüş zamanı iştirakçılara Bank of Baku-nun dəyərləri, fəaliyyəti və təcrübə proqramının əsas məqsədləri haqqında ətraflı məlumat təqdim olundu. Səmimi və interaktiv mühitdə keçən görüş gənc iştirakçılarda böyük motivasiya yaratdı. Gənclərin inkişafına yönəlmiş bu kimi layihələrlə gələcəyin peşəkarlarını dəstəkləməyə və ölkəmizin bank sektoruna töhfə verməyə davam edəcəyik.