Bank of Baku OJSC olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan əmək yarmarkasında iştirak etdik.
Bu tədbir bizə həm istedadlı namizədlərlə birbaşa görüşmək, həm də vətəndaşlara karyera imkanlarımızı təqdim etmək üçün dəyərli bir platforma yaratdı. Bizim üçün əsas məqsəd yalnız işçi seçimi deyil, həm də əmək bazarında inkişaf etmək istəyən vətəndaşlara düzgün istiqamət göstərməkdir.
Bank of Baku olaraq hər zaman istedadların kəşfi, inkişafı və dəstəklənməsinə xüsusi önəm veririk. Bu tip əmək yarmarkaları isə qarşılıqlı ünsiyyət və əməkdaşlıq üçün ideal fürsət yaradır.