
13.03.2026-cı il tarixində Bakı Ali Neft Məktəbində keçirilən “Banking” adlı karyera sərgisində Bank of Baku olaraq iştirak etdik.
Tədbirin ilk hissəsində spiker qismində Bank of Baku-nun İnsan resursları departamentinin direktoru Gülarə Novruzova Gözəlova çıxış etmişdir. Çıxış zamanı bank sektorunda işə qəbul strategiyaları, müraciət prosesləri və namizədlərin qiymətləndirilməsi meyarları haqqında iştirakçılara ətraflı məlumat verilmişdir. Eyni zamanda tələbələrin ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılmışdır.
Növbəti sessiya karyera sərgisi formatında davam etmişdir. Tədbir çərçivəsində tələbələrə bank sektorunda mövcud karyera imkanları, Bank of Baku-nun təcrübə proqramları və işə qəbul prosesi barədə geniş məlumat təqdim olunmuşdur. Bununla yanaşı, bank sektorunda uğurlu karyera qurmaq üçün vacib olan bacarıqlar və inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır.