
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi əmək yarmarkasında iştirak etdik.
Tədbir çərçivəsində müxtəlif peşə və sahələr üzrə namizədlərlə ünsiyyət qurmaq, onların karyera gözləntilərini dinləmək və potensial əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsəti əldə etdik.
İnanırıq ki, bu kimi təşəbbüslər əmək bazarında şəffaflığın artırılmasına, işəgötürən və işaxtaranlar arasında effektiv əlaqələrin qurulmasına mühüm töhfə verir.
Təşkilatçılara təşəkkür edir, bütün iştirakçılara karyera yolunda uğurlar arzulayırıq.