
Səhər yeməyi, səmimi söhbət və yeni təcrübələr!
Bank of Baku-nun korporativ daxili kommunikasiya strategiyası çərçivəsində keçirilən növbəti görüşdə Bankımızın İnşaatçılar, Lənkəran, Nərimanov və Bakıxanov filiallarının, eləcə də Maliyyə, Xəzinədarlıq və Əməliyyat departamentlərinin əməkdaşları iştirak etdi.
Səmimi və interaktiv mühitdə keçən görüşdə xüsusi qonağımız tanınmış jurnalist, bloger və səyyah Azər Qərib oldu. Azər bəy öz peşəkar təcrübələrini, səfər və media sahəsində qazandığı maraqlı müşahidələri əməkdaşlarımızla bölüşdü, sualları cavablandırdı və ilhamverici fikirləri ilə çıxış etdi.