Bölmələr
Bankı kəşf et
Əsas səhifə / Bankı kəşf et / İT və əlaqəli struktur bölmələrinin əməkdaşları üçün “Komanda quruculuğu” tədbiri
03 May 2026

Bank of Baku olaraq İT komandamız və bu sahə ilə sıx əməkdaşlıq edən biznes struktur bölmələrinin əməkdaşları ilə birlikdə JW Marriott Absheron Baku-da “Komanda quruculuğu” görüşümüzü həyata keçirdik. 

Görüş çərçivəsində əməkdaşlarımız arasında ünsiyyətin gücləndirilməsi, komanda ruhunun inkişafı və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biri oldu. 

Tədbir sual-cavab formatında təşkil olunaraq daha açıq və interaktiv mühitdə baş tutdu. Görüşün moderatoru qismində Bank of Baku İnsan resursları departamentinin rəhbəri Gülarə Gözəlova-Novruzova çıxış etmiş, spiker qismində isə İdarə Heyətinin sədri cənab Həsən Quliyev çıxış edərək liderlik, strateji baxış və inkişaf istiqamətləri üzrə dəyərli fikirlərini bölüşmüşdür. Bu format əməkdaşlara birbaşa suallar ünvanlamaq və rəhbərliklə daha yaxın dialoq qurmaq imkanı yaratdı. 

Bu cür təşəbbüslər komandadaxili əlaqələrin gücləndirilməsinə və daha effektiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir.

Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz