
Bank of Baku ASC-nin İdarə Heyətinin sədri Həsən Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə görüşüb.
“UNEC CareerPlus klubu”nun təşkilatçılığı ilə baş tutan görüşdə Həsən Quliyev “Karyera yolu: strategiya, prinsiplər və reallıqlar” mövzusunda çıxış edib. Gənclərə uğurlu karyera quruculuğundan, bu yolda təhsilin əhəmiyyətindən, real iş həyatında yaşanan çətinliklər və onların həlli yollarından bəhs edib.
Həsən bəy məqsədli olmağın, hədəflərini müəyyən etməyin və davamlı özünüinkişafın iş həyatındakı önəmini də vurğulayıb. Tədbirdə Bank of Baku-nun HR komandası da iştirak edib və tələbələrə bankdakı iş, eləcə də təcrübə imkanları barədə ətraflı məlumat verib. Bank of Baku gənclərin inkişafını daima dəstəkləyir və bütün tələbələrə karyera qurucuğulunda uğurlar arzulayır!