
Bank of Baku-da yay istehsalat təcrübəsi proqramına start verildi!
Bu il proqramımıza ölkənin aparıcı ali təhsil müəssisələrinin — Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Aqrar Universitetinin 4-cü kurs tələbələri qoşulublar.
İlkin tanışlıq görüşündə tələbələrə bankın fəaliyyəti, korporativ mühiti və struktur bölmələri haqqında ətraflı məlumat verilib, həmçinin təcrübə müddətində cəlb olunacaqları iş prosesləri izah edilib. Qarşıdakı müddətdə gənclər real iş mühitində praktiki təcrübə qazanmaq, nəzəri biliklərini tətbiq etmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Bu proqramın gənclərin peşəkar inkişafında uğurlu bir başlanğıc olacağına inanırıq. Proqrama qoşulan bütün tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq! ????