Bölmələr
Bankı kəşf et
Əsas səhifə / Bankı kəşf et / “Capacity Building” təlim proqramı uğurla yekunlaşdı!
05 May 2026

Daha bir uğurlu layihənin sonuna gəldik! 

Bank of Baku və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Capacity Building” təlim proqramı uğurla yekunlaşdı. 

Proqram müddətində əməkdaşlarımız liderlik, idarəetmə və peşəkar inkişaf istiqamətində keçirilən intensiv təlimlərdə iştirak edərək bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı qazandılar. 

Təlim proqramını uğurla başa vuran 25 əməkdaş sertifikatlarla təltif olundu. 

Bütün həmkarlarımızı təbrik edir, qazandıqları yeni bilik və bacarıqların gələcək fəaliyyətlərində uğurlar gətirməsini arzulayırıq. 

Sizin inkişafınız — bizim uğurumuzdur! 

Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz