
Gələcəyin peşəkarları ilə Xəzər Universitetində görüşdük!
"Bank of Baku" olaraq Xəzər Universitetində keçirilən Karyera Sərgisində tələbə və məzunlarla bir araya gəldik! Görüş zamanı gənclərlə karyera hədəflərini, əmək bazarının müasir tələblərini və gələcək imkanları müzakirə etdik, onları maraqlandıran sualları cavablandırdıq. Gənclərimizin yüksək motivasiyası və öyrənmək həvəsi bu görüşü bizim üçün daha da dəyərli etdi.
Bütün iştirakçılara karyera yollarında uğurlar arzulayırıq!