
Hədəf zirvədirsə, biz də oradayıq!
“28 May – Müstəqillik Günü” münasibətilə Qusar şəhərində keçirilən “Zirvəyə Doğru Qaçış” tədbirində Bank of Baku əməkdaşları da iştirak ediblər.
Tədbirdə iştirak edən 9 əməkdaşımız 11 km və 22 km məsafələr üzrə marafonda əzm, dözümlülük və güclü komanda ruhunu nümayiş etdirib. Onlardan 6 nəfər 11 km, 1 nəfər isə 22 km məsafəni uğurla başa vuraraq medal qazanıb.
Bu tədbir bir daha göstərdi ki, birlikdə atdığımız hər addım bizi yeni nailiyyətlərə və daha böyük zirvələrə yaxınlaşdırır.