
İşimizə dəyər, günümüzə rəng qatan ənənəvi görüşümüz!
Səhər yeməyi görüşümüz bu dəfə də xoş söhbətlər və maraqlı anlarla yadda qaldı. Bankımızın Azneft, Mərdəkan və Neftçilər filiallarının, eləcə də Rəqəmsal bankçılıq və Komplayens departamentlərinin əməkdaşları bir araya gəldi. Görüşün xüsusi qonağı isə dəyərli Xalq yazıçısı Çingiz Abdullayev oldu.
Bizi gələcək hədəflərə daha da yaxınlaşdıran bu səmimi görüşlər, böyük ailəmizin hər bir üzvünə yeni bir nəfəs və tükənməz motivasiya qazandırır.