
Bank of Baku-nun “Lifeatbankofbaku” adlı instaqram səhifəsində 17-27 iyul tarixlərində keçirilən müsabiqədə 1 nəfər qalib İstanbula 2 nəfərlik gediş-gəliş bileti hədiyyə qazanacaq. Elə indi müsabiqəyə qoşulub, qalib olma şansı əldə edə bilərsiniz.
Müsabiqə şərtləri
- Lifeatbankofbaku-nun instaqram hesabını izləyin;
- İş yoldaşınınız və ya gələcəkdə bir yerdə işləmək istədiyiniz 1 dostunuzu müsabiqə postunun rəy bölməsinə işarələyin.
- Bir rəydə bir dost olmaqla, daha çox dostunuzu rəydə işarələyib, müsabiqədə iştirak şansınızı artıra bilərsiniz.
Qalib 29 iyul tarixində təsadüfi yolla seçiləcək və Life at Bank of Baku-nun instaqram hesabında elan olunacaq.
Qeyd:
- Müsabiqədə 18 yaşdan yuxarı şəxslər iştirak edə və qalib ola bilər.
- Qalib şəxs müsabiqə şərtlərinə riayət edən şəsxlər arasından seçiləcək.
- Hər bir şəxs istənilən sayda şəxsi müsabiqə paylaşımına işarələyə bilər.
- Qalib şəxslə İstanbul səfərinə gedəcək şəxsin kimliyini qalib təyin edəcək. İşarələdiyi şəxslə getməsi mütləq deyil.
- Qalib uçuş tarixlərini, yüksək tələbat dövrü istisna olunmaqla, qalibin elan olunduğu gündən etibarən 10 gün müddətində təyin etməlidir. Əgər qalib şəxs sözügedən tarixə kimi (yəni 10 gün müddətinə) uçuş etmək istədiyi tarixləri və gedəcəyi şəxsin məlumatlarını banka təqdim etməsə uduş etibarsız sayılacaq.
- Uçuş tarixləri 25.12.2026-cı ilədək olmalıdır.
-Bank sadəcə İstanbula gediş-gəliş biletlərini təmin etməyi öhdəliyinə götürür (Baqaj və otel xərcləri uduş fonduna daxil deyil).
- Uçuş bileti bank tərəfindən təmin olunacaq. Hava yolları şirkətinin seçimi də bankın öhdəliyindədir (Azərbaycan və ya Türkiyə hava yolları).
- Biletlərin ümumi dəyəri 1500 AZN-dək olmalıdır. Əgər seçilən tarixlərdə biletlərin ümumi dəyəri 1500 AZN-dən çox olarsa, aradakı fərqi şəxsin (qalib) özü qarşılamalıdır.
- Uduş heç bir halda pulla əvəzlənə bilməz. -Biletlərdən biri mütləq şəkildə qalib şəxsin adına olmalıdır. Biletlər satıla və ya dəyişdirilə bilməz.
- Müsabiqə şərtlərinin ödənilmədiyi aşkarlanarsa uduş etibarsız sayılacaqdır.
- Müsabiqədə əməkdaşlarımız və onların birinci dərəcəli ailə üzvlərinin iştirakı nəzərə alınmayacaq.
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!