
Bank of Baku-nun “Səhər yeməyi” görüşləri bu dəfə də dəyərli söhbətlər və maraqlı fikirlərlə yadda qaldı.
Sumqayıt və Əhmədli filiallarının, eləcə də Məhkəmə və icra işləri üzrə hüquq, Problemli kreditlər və Daxili audit departamentlərinin əməkdaşları ilə bir araya gəldiyimiz görüşün xüsusi qonağı Xalq yazıçısı Çingiz Abdullayev oldu.
Çingiz Abdullayev həyat və yaradıcılıq yolu, qazandığı təcrübələr və uğura dair düşüncələrini əməkdaşlarımızla bölüşdü.
Səmimi söhbət və xoş atmosferlə keçən görüş komandamız üçün yaddaqalan səhərə çevrildi.