
Səhər yeməyi süfrəsi ətrafında daha bir neçə xoş görüş!
Şəki filialımızın əməkdaşları ilə səhər yeməyi süfrəsi arxasında bir araya gəldik. Görüşümüz gündəlik iş prosesləri və qarşıdakı planlar ətrafında fikir mübadiləsi ilə yanaşı, səmimi söhbətlər, xoş ünsiyyət və birlikdə keçirilən maraqlı anlarla yadda qaldı. İş mühitindən kənarda bir araya gəlmək isə görüşlərimizə hər zamankı kimi xüsusi ab-hava qatdı.