
Səhər yeməyi görüşlərimizin növbəti ünvanı Xaçmaz oldu!
Xaçmaz filialımızın əməkdaşları ilə bir süfrə ətrafında bir araya gəldik.
Gündəlik iş prosesləri, qarşıdakı planlar barədə fikir mübadiləsi apardığımız görüş səmimi söhbətlər və xoş ünsiyyətlə yadda qaldı.
Belə görüşlər əməkdaşlarımız arasında ünsiyyəti və komanda ruhunu möhkəmləndirir, ortaq hədəflərimizə birlikdə daha inamla addımlamaq üçün motivasiya yaradır.