Bölmələr
Bankı kəşf et
Əsas səhifə / Bankı kəşf et / “Mini-MBA” proqramının növbəti buraxılışı uğurla tamamlandı!
03 Noyabr 2026

“Mini-MBA” proqramının növbəti buraxılışı uğurla tamamlandı! 

Bank of Baku ilə ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Mini-MBA” proqramının növbəti buraxılışı noyabrın 3-də uğurla yekunlaşdı. 

Altı ay davam edən və ümumilikdə 80 saatlıq tədrisi əhatə edən proqramda Bank of Baku-nun 25 əməkdaşı iştirak edib. 

Proqram çərçivəsində Maliyyə Menecmenti, Marketinq, Biznes Analitikası və bank sektoru üçün əhəmiyyətli olan digər istiqamətlər üzrə təlimlər təşkil olunub. Təlimlərin əsas məqsədi əməkdaşların peşəkar biliklərini artırmaq, idarəetmə və analitik düşünmə bacarıqlarını daha da inkişaf etdirməkdir. 

Proqramı uğurla tamamlayan bütün əməkdaşlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz