-Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, çek kitabçalarının, yol çeklərinin habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi,  saxlanması və qorunması üzrə əməliyyatları həyata keçirir;
-	Müştəri Xidmətləri Departamentinə/Filiala bağlı bankomatların və ödəniş aparatlarının inkassasiyasını həyata keçirilir;
-	Mübadilə məntəqəsi üzrə xarici valyutanın alqı-satqısını qaydalara uyğun şəkildə həyata keçirir;
-	Mədaxil və məxaric sənədlərinin, yol çeklərinin, plastik kartların digər qiymətlilərin təhvil-təslimi ilə bağlı aktların, həmçinin pul çeklərinin yoxlanılmasını həyata keçirir.
-	Kassa kitabının, xarici valyutanın alqı-satqısına dair  reyestr kitabının, mədaxil və məxaric üzrə kassa jurnalının lazımi məlumatların oxunaqlı formada qeyd edilməklə aparılmasını həyata keçirir. Əməliyyatları Bankın əməliyyat proqramında əks etdirir.
-	İş gününün sonunda əməliyyat günü ərzində qəbul edilmiş pul vəsaitlərini kassanın rəhbərinə təhvil verir.
-	Kassa bölməsinin fəaliyyətində mövcud olan nöqsanların aradan qaldırılması variantlarını birbaşa rəhbərin nəzərinə çatdırır.
-	Bütün növ plastik kartların saxlanması, kassaya mədaxil olan, kassadan məxaric olan və saxlanılan kartların uçotunu aparır. 
-	Mədaxil və Məxaric sənədlərinin, kassa hesabatları sənədlərinin, təhvil-təslim aktlarının  və digər sənədlərin arxivləşdirilməsini təmin edir;
-	Tərəfindən aparılan əməliyyatlar üzrə  bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
-	Bankın digər bölmələri ilə qarşılıqlı əlaqələr yaradır;
-	Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
-	Bilavasitə rəhbəri, Filial şəbəkəsinin idarə edilməsi departamenti, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində  onunla əməkdaşlıq edir.
-	Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə  təsir göstərən hərəkətlərə yol verməməlidir.