Bölmələr
Keyfiyyətin təminatı bölməsinin eksperti
Bitmə tarixi: 30 Noyabr 2025
Vəzifə funksiyaları
- Tələbləri, istifadəçi hekayələrini və qəbul meyarlarını, spesifikasiyaları və test əsaslarını təhlil etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
- Test ssenariləri və test prosedurlarını dizayn etmək və həyata keçirmək;
- Testləri yerinə yetirmək, nəticələri qiymətləndirmək və gözlənilən nəticələrdən kənarlaşmaları sənədləşdirmək;
- Testin gedişatı hesabatlarının və test xülasə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Test prosesini asanlaşdırmaq üçün müvafiq alətlərdən istifadə etmək.
Yumşaq bacarıqlar
  • Analitik düşünmə qabiliyyəti
  • Detallara diqqət
  • Keyfiyyət yönümlülük
Digər şərtlər
- Ali təhsil (informasiya texnologiyaları, iqtisadiyyat sahələri üzrə olmaqla);
- Müvafiq sahə üzrə ən azı 1 illik davamlı iş təcrübəsi;
- Azərbaycan dili (İngilis, Rus dili - arzuolunan);
- Proqram təminatı testi üzrə biliklər;
- Proqram və sistemlərin memari cəhətləri haqqında biliklərə sahib olmaq, onların iş prinsiplərini anlamaq, müxtəlif alət və texnologiyaların təyinatlarını başa düşmək və onlardan istifadə etmək;
- Texniki sənədlərlə işləmə bacarığı;
- Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi bacarıqları;
- Effektiv ünsiyyət və əməkdaşlıq bacarıqları;
- Problem həll etmə və tənqidi düşünmə bacarıqları;
- Komanda şəklində işləmə bacarığı.
- Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi və yeniliyə həvəsli olmaq, müvafiq sahə üzrə standartları mənimsəmək.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta
Kompüter biliyi
  • Ofis Proqramları - Orta
  • Verilənlər Bazası (Basic SQL Bilikləri) - Orta
  • Postman, Swagger - Yüksək
  • Jira və ya bənzəri sistemlər - Orta
  • Test alətləri - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
06 Noyabr 2025
Bitmə tarixi
30 Noyabr 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Proseslərin idarə edilməsi departamenti / Proseslərin idarə edilməsi və innovasiyalar şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz