-Bankın daxili qaydalarına uyğun olaraq bölmə üzrə hesabatların və Bankın səlahiyyətli şəxsləri tərəfindən tələb edilən məlumatların verilməsində iştirak edir;
-Kredit risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı təkliflər verilməsində və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
-Bankın kredit risklərinin idarə edilməsi üzrə prosedurlarının yazılmasında və bu prosedurlara əlavə və dəyişikliklərin edilməsində iştirak edir;
-Bankın kredit məhsulları üzrə prosedurlarına və şərtlərinə dair kredit riskləri nöqteyi nəzərindən təkliflərin hazırlanmasında iştirak edir;
-Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyatların yaradılmasını təmin edir;
-Stress-testin həyata keçirilməsini iştirak edir;