-Siyahı tərtib edərək işlərin və lazımi sənədlərin məhkəməyə göndərilməsi üçün Şöbəyə təqdim olunması barədə müvafiq struktur bölmələrə tələbnamə verir və işlərin həmin struktur bölmələrdən təhvil alınmasına nəzarət edir;
-Həmin işlərin vaxtında və İşlər üzrə sənədlərin tam həcmdə Şöbəyə təqdim edilməsinə nəzarət edir;
-İşlər üzrə müəyyənləşdirilmiş qaydada məhkəməyə göndərilməli olan sənədləri hazırlayaraq Məhkəmə və İcra işləri üzrə hüquq departamentinin Məhkəmə işləri şöbəsinə təhvil verilməsinə nəzarət edir;
-Filiallara və arxivə sifariş verilən, Şöbəyə daxil olan və Məhkəmə və İcra işləri üzrə hüquq departamentinin Məhkəmə işləri şöbəsinə təhvil verilən işlərin elektron reyestrinin aparılmasını təmin edir;
-Təhvil verilməsi gecikdirilən və aşkar olunmayan işləri və ya sənədləri müəyyənləşdirərək bununla bağlı Departament direktoruna məlumat verir;
-Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarındakı borc məbləğlərinin Bankın əməliyyat proqramına daxil edilməsi üçün aidiyyatı struktur bölməyə sifariş verir (sıfırlama) və sifarişin icrasına nəzarət edir.