Bölmələr
1 saylı İstehlak kreditləri bölməsinin rəhbəri
Bitmə tarixi: 31 Dekabr 2025
Vəzifə funksiyaları
- Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilini həyata keçirir, ehtiyyac yarandığı hallarda həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
- Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
- Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankdaxili qaydaların tələblərinə əməl edilməklə rəsmiləşdirilməsini təmin edir;
- Kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir, onlara hesabları haqqında tələb etdikləri məlumatların verilməsini və ödəniş zamanı baş vermiş səhvlərlə bağlı düzəlişlərin ediməsi üçün müraciətləri əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
- Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların Müştəri Xidmətləri Departamentinin/Filialın girov qeydiyyatına götürülməsi, girov qeydiyyatından çıxarılması həmçinin kreditlə və hesabla bağlı məlumatların dövlət orqanlarına və krediti/kreditin təminatını sığortalayan sığorta şirkətlərinə verilməsi barədə sənədlərin hazırlanmasını təmin edir
- Bölmənin ekspertləri/kiçik ekspertləri/aparıcı ekspertləri və baş ekspertləri tərəfindən təhlil olunmuş kredit müraciətləri üzrə şifahi rəy verir;
- Bölmədə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə həmçinin iş günü ərzində müştəri ilə ünsiyyətinə nəzarət edir;
- Bank tərəfindən müəyyən olunmuş səlahiyyətlər çərçivəsində imzaladığı istehlak kreditləri müqavilələri, pul və balansdankənar məxaric sənədlərini, təcili ödəniş sistemləri vasitəsi ilə pul vəsaitlərinin daxil olmasını və ya köçürülməsini təsdiq edən sənədləri və əmanət müqavilələri barədə birbaşa rəhbərinə gündəlik olaraq hesabat verir;
- Səlahiyyətləri çərçivəsində bölmədə yaranmış problemləri qısa müddət ərzində həll edir;
- Tabeçiliyində olan istehlak kreditləri bölməsi əməkdaşlarının fəaliyyətinə nəzarət edir və onlara satışların artırılması istiqamətində göstərişlər verir
- Bölmədaxili İT problemləri ilə bağlı birbaşa rəhbəri və aidiyyəti sturukturları məlumatlandırır;
- Problemli ərizəçi və borcalanlarla, həmçinin, xüsusi diqqət tələb edən borcalanlarla danışıqlar aparır və onların şifahi soğularını cavablandırır;
- Özünün rəsmiləşdirdiyi həmçinin ona təhkim edilmiş kredit portfeli üzrə ödənişi gecikən müştərilərin zəng vasitəsilə təqibini icra edir;
- Filialda İstehlak kreditləri bölməsi üzrə müraciət edən müştərilər arasında növbənin xüsusi proqram təminatı vasitəsi ilə obyektivlik gözlənilməklə tənzimlənməsini təmin edir və xidmət sahəsində sıxlığın (müştəri müraciətlərinin artımının) yaranmasının qarşısını almaq üçün bölmənin baş ekspertinin vəzifə təlimatında göstərilən vəzifələrini icra edir;
- Kredit məhsulları üzrə müştəri cəlbinə dair BƏP-də, həmçinin bankın daxili internet səhifələrində (intranet, portal və s) və Filial Şəbəkəsinin İdarə Edilməsi Departamenti tərəfindən mail vasitəsilə göndərilmiş müştərilərə zənglərin edilməsini təmin edir;
- Bankın inzibati ofislərindən (baş idarə, inzibati mərkəz, filiallar və s) kənarda müştərilərin cəlb edilməsi fəaliyyətini həyata keçirir
- Təcili ödəniş sistemləri vasitəsilə müştərilərə daxil olmuş vəsaitləri verir və ya köçürmələr edir. Təcili ödənişlər sistemləri ilə işləyərkən qüvvədə olan qanunvericiliylə va bankdaxili qaydalarla yanaşı bu sistemlərin prosedurları və standartlarını da rəhbər tutur;
- Bölmənin əməkdaşlarına təlimlər keçirir, bölmə üzrə təcrübəçilərin hazırlanması işinə rəhbərlik edir,
- Rəhbərlik etdiyi bölmə ilə bağlı daxil olan sorğu və hesabatların vaxtında icra və təmin edilməsinə nəzarət edir, Filial direktorunun, filial direktorunun müavininin və Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin sorğularına əsasən müəyyən hesabatlar hazırlayır;
- “Tədiyyə balansı” müvafiq hesabat formasının doldurulması ilə əlaqədar Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinə bütün zəruri məlumatları ötürür və müvafiq bank əməliyyatı proqramında lazımi əməliyyatları icra edir.
- Rəhbərlik etdiyi bölmədən Dövlət orqanlarına, tərəfdaş sığorta şirkətlərinə, səfirliklərə, müştərilərə, müştərilərin göstərdiyi üçüncü şəxslərə göndərilməsi nəzərdə tutulan məktubların arayışların və xüsusi formaların, nağd vəsait hesabına verilən zəmanət məktublarının mətninin tərtib edilməsi və bankdaxili təlimatlara uyğunluğuna, həmçinin bütün növ xidməti məktubların tərtibatına nəzarət edir;
- Ödəniş tapşırıqlarının, müştərilərin hesablarına səlahiyyətli dövlət orqanlarından daxil olmuş vergi və inkasso sərəncamlarının qəbul edilməsi, uçotunun düzgün aparılması və rəhbərlik etdiyi bölmə tərəfindən vaxtında Əməliyyat Departamentinə ötürülməsinə nəzarət edir;
- Rəhbərlik etdiyi bölmənin əməkdaşları tərəfindən şəhadətnamə-dublikatlar əsasında açılmış hesablar barədə məlumatların elektron poçtla yaxud digər vasitələrlə Əməliyyat Departamentinə göndərilməsini təmin edir;
- Bölməyə dair MXD/filiala göndərilən plastik kartların PİN kodlarının saxlanılması, uçotunun aparılmasını təmin edir və sənəddə düzgün əks olunmasını yoxlayır;
- Bankın tərəfdaşlarının qəbul edir və onlarla şifahi danışıqların aparır;
- Baxılmış ərizələr və aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
- Bölməyə dair sənədlərin, hüquqi işlərinin səliqəsinə və arxivləşdirilməsinə nəzarət edir;
- Rəhbərlik etdiyi bölmənin əməkdaşları tərəfindən görülən işlərəvə aparılan əməliyyatlara nəzarət edir;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir;
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Təşəbbüskarlıq
Digər şərtlər
 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
 Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Orta
  • İngilis - Başlanğıc
Kompüter biliyi
  • Ms office - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
01 Dekabr 2025
Bitmə tarixi
31 Dekabr 2025
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
4 - 0 il
Struktur
Bakıxanov filialı
Ünvan
Bakı, Bakixanov qəsəbəsi,Gənclər küç,4081-ci məh.
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz