- Banka daxil olan (bank əməliyyatları ilə bağlı sənəd dövriyyəsi istisna olmaqla) məktub və digər sənədləri qəbul edərək aidiyyatı struktur bölmələrə təhvil verilməsini təmin edir;
- Bankdan göndərilən (bank əməliyyatları ilə bağlı sənəd dövriyyəsi istisna olmaqla) məktub və digər sənədləri aidiyyatı strukturlardan qəbul edərək poçt və ya kuryer vasitəsilə göndərilməsini təmin edir;
- Kargüzarlıq işinin aparılması ilə bağlı bankdaxili fəaliyyəti həyata keçirir;
- Banka daxil olan və bankdan göndərilən məktub və sənədlərin müvafiq qeydiyyat kitabında qeydiyyatının aparılmasını təmin edir.