Bölmələr
1 saylı İstehlak kreditləri bölməsinin aparıcı eksperti
Bitmə tarixi: 31 Yanvar 2026
Vakansiya aktiv deyil.
Vəzifə funksiyaları
-Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilini həyata keçirir, ehtiyyac yarandığı hallarda həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
-Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
-Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankın daxili qaydalarının tələblərinə əməl etməklə rəsmiləşdirilməsini təmin edir;
-Kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir, onlara hesabları haqqında tələb etdikləri məlumatların verilməsini və ödəniş zamanı baş vermiş səhvlərlə bağlı düzəlişlərin ediməsi üçün müraciətləri əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
-Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların Müştəri Xidmətləri Departamentinin/Filialın girov qeydiyyatına götürülməsi, girov qeydiyyatından çıxarılması həmçinin kreditlə və hesabla bağlı məlumatların dövlət orqanlarına və krediti/kreditin təminatını sığortalayan sığorta şirkətlərinə verilməsi barədə sənədlərin hazırlanmasını təmin edir;
-Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi ilə əlaqədar bütün növ tapşırıq sənədlərini (kassa mədaxil və məxaric orderləri, pul çekləri, ödəniş tapşırıqları, xarici valyutanın alqı-satqı sifarişləri, balansdankanar mədaxil və məxaric orderləri (çeklər və kartlar üzrə) və s.) hazırlayır və ya qəbul edir, yoxlayır və xüsusi qeydləri olmadığı halda imzalayaraq bankdaxili təlimatlara əsasən icra edir və ya müvəkkil bölmələrə ötürür.
Yumşaq bacarıqlar
  • Nizam intizam
  • Məsuliyyət
  • Təşəbbüskarlıq
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
Kompüter biliyi
  • MS Office - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
25 Dekabr 2025
Bitmə tarixi
31 Yanvar 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
2 - 3 il
Struktur
Mərkəz filialı
Ünvan
Bakı, Аzərbaycan pr, 3
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz