Bölmələr
Məhkəmələrlə iş bölməsinin aparıcı hüquqşünası
Bitmə tarixi: 01 Oktyabr 2023
Vakansiya aktiv deyil.
Vəzifə funksiyaları
- İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil edir;
- Məhkəmədən geri qaytarılmış işləri yenidən məhkəməyə göndərir;
- Məhkəmə qərarlarının vaxtında alınmasını və aidiyyatı struktura təqdim edilməsini təmin edir;
- Məhkəməyə verilmiş müştərilərlə bağlı məlumat bazasını məlumatlarla təmin edir, işlərin vəziyyəti ilə əlaqədar qeydlər aparır və bunun üçün aidiyyatı strukturlara müraciət edir;
- Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərir;
- Hüquq mühafizə orqanları və Şöbənin icraatında olan işlərin xüsusiyyətindən asılı olaraq digər idarə və təşkilatlarla münasibətlərdə Bankı təmsil edir;
- Hüquq mühafizə orqanlarından Banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlayır;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Digər şərtlər
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Yüksək
Kompüter biliyi
  • MS Office - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
23 Fevral 2023
Bitmə tarixi
01 Oktyabr 2023
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
2 - 0 il
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz