-Filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə müraciətçilərə ilkin məlumatları verir və müraciətçilərin istəyinə əsasən onları müvafiq bölmələrə yönəldir;
-Filiala olunan telefon zənglərinə cavab verir, zərurət olduqda müraciətçilərə və müştərilərə filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə ilkin məlumatları verir və zəng vurmuş şəxslərin istəyinə əsasən onları müvafiq bölmələrin əməkdaşları ilə birləşdirir;
-Aidiyyatı dövlət strukturlarından daxil olan sorğulara cavablar hazırlayır;
-İstehlak kreditləri layihələri üzrə müraciətçilərin bankdaxili qaydalara əsasən təqdim etdikləri sənədlərin ilkin ekspertizasını aparır. Sənədlər bankdaxili qaydalara əsasən tərtib edildikdə müraciətçiləri İstehlak Kreditləri bölməsinə yönəldir, əks halda sənədlərdəki uyğunsuzluqları və çatışmazlıqları göstərməklə sənədlərin dəyişdirilməsi barədə müraciətçilərə məlumat verir;
-Təhkim olunmuş pos terminal vasitəsiylə PİNSET xidməti üzrə kartlara pin kodun təyin olunmasını həyata keçirir.