-Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilini həyata keçirir, ehtiyyac yarandığı hallarda həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
-Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
-Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankdaxili qaydaların tələblərinə əməl edilməklə rəsmiləşdirilməsini təmin edir;
-Kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir, onlara hesabları haqqında tələb etdikləri məlumatların verilməsini və ödəniş zamanı baş vermiş səhvlərlə bağlı düzəlişlərin ediməsi üçün müraciətləri əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
-Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların Müştəri Xidmətləri Departamentinin/Filialın girov qeydiyyatına götürülməsi, girov qeydiyyatından çıxarılması həmçinin kreditlə və hesabla bağlı məlumatların dövlət orqanlarına və krediti/kreditin təminatını sığortalayan sığorta şirkətlərinə verilməsi barədə sənədlərin hazırlanmasını təmin edir;
-Bölmənin ekspertləri/kiçik ekspertləri/aparıcı ekspertləri və baş ekspertləri tərəfindən təhlil olunmuş kredit müraciətləri üzrə şifahi rəy verir;
-Bölmədə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə həmçinin iş günü ərzində müştəri ilə ünsiyyətinə nəzarət edir;
-Bank tərəfindən müəyyən olunmuş səlahiyyətlər çərçivəsində imzaladığı istehlak kreditləri müqavilələri, pul və balansdankənar məxaric sənədlərini, təcili ödəniş sistemləri vasitəsi ilə pul vəsaitlərinin daxil olmasını və ya köçürülməsini təsdiq edən sənədləri və əmanət müqavilələri barədə birbaşa rəhbərinə gündəlik olaraq hesabat verir.