Bölmələr
1 saylı İstehlak kreditləri bölməsinin baş eksperti
Bitmə tarixi: 28 Fevral 2026
Vəzifə funksiyaları
-Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilini həyata keçirir, ehtiyyac yarandığı hallarda həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
-Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
-Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankdaxili qaydaların tələblərinə əməl edilməklə rəsmiləşdirilməsini təmin edir;
-Kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir, onlara hesabları haqqında tələb etdikləri məlumatların verilməsini və ödəniş zamanı baş vermiş səhvlərlə bağlı düzəlişlərin ediməsi üçün müraciətləri əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
-Verilmiş kreditlərin təminatı kimi tələb olunan əmlakların Müştəri Xidmətləri Departamentinin/Filialın girov qeydiyyatına götürülməsi, girov qeydiyyatından çıxarılması həmçinin kreditlə və hesabla bağlı məlumatların dövlət orqanlarına və krediti/kreditin təminatını sığortalayan sığorta şirkətlərinə verilməsi barədə sənədlərin hazırlanmasını təmin edir.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Nəticəyə yönümlülük
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
Kompüter biliyi
  • Ms office - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
10 Fevral 2026
Bitmə tarixi
28 Fevral 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
4 - 5 il
Struktur
Bakıxanov filialı
Ünvan
Bakı, Bakixanov qəsəbəsi,Gənclər küç,4081-ci məh.
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz