-Kredit məhsullarının və xidmətlərinin satışı, filialların (MXD-nin) iş effektliyi və reytinq göstəricilərinin müəyyənləşdirilməsi ilə bağlı hesabatların həmçinin digər hesabatların hazırlanmasını təmin edir;
-Kredit məhsullarının satışının effektivliyinə nəzarət və dəstək planını icra edir;
-Müştərilərə sms məlumatlandırma formasında göndərilən məlumatların yoxlanılmasını və tərəfindən aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı lazımi addımların atılmasını təmin edir;
-Kredit məhsullarının və xidmətlərinin satışı və dəstəyi ilə məşğul olan struktur qurumların əməkdaşlarına işlərinə və səlahiyyətlərinə dair izahedici təkliflərin və tələblərin verilməsini həyata keçirir və müvafiq əməkdaşların işlərində yol verdikləri noqsanların aradan qaldırılması üçün tələb olunan addımların atılmasını habelə davranışlarının Bankın Etik davranış məcəlləsinə uyğunluğuna nəzarətin edilməsini təmin edir;
-"Gizli Müştəri" yoxlamalarının təşkilində və nəticələrinin təhlilində iştirak edir;
-Kredit məhsullarının və xidmətlərinin satışı və dəstəyi ilə məşğul olan struktur qurumlarının fəaliyyəti ilə bağlı Audit komitəsi, Daxili Audit Departamenti, RİED tərəfindən aparılan yoxlamaların nəticəsində həmçinin digər formada aşkarlanan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçirilməsini habelə qeyd edilmiş nəzarətedici qurumların təşəbbüsü ilə ekspertlərin portfellərinin keyfiyyəti ilə bağlı araşdırma apararaq rəy verilməsini təmin edir.