Bölmələr
Sistem administrator, Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin aparıcı eksperti
Bitmə tarixi: 30 İyun 2026
Vəzifə funksiyaları

Bankın server və saxlanc infrastrukturunun gündəlik idarə edilməsi, monitorinqi və fasiləsiz işlək vəziyyətdə saxlanılması.
Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası, yenilənməsi və inzibatçılığı.
VMware virtualizasiya mühitinin idarə edilməsi, virtual serverlərin yaradılması, resursların bölüşdürülməsi və optimizasiyası.
Storage sistemləri, SAN switch-lər və datastore-ların idarə olunması, disk resurslarının planlaşdırılması və monitorinqi.
Backup və restore proseslərinin icrası, ehtiyat nüsxələrin düzgünlüyünün yoxlanılması və bərpa testlərində iştirak.
Serverlər üzrə performans, resurs istifadəsi, disk tutumu və sistem loglarının izlənilməsi.
Hadisə və problemlərin araşdırılması, root cause analysis aparılması və müvafiq texniki həllərin tətbiqi.
Sistem təhlükəsizliyi tələblərinə uyğun olaraq serverlərin hardening edilməsi, patch/update proseslərinin icrası.
AD, DNS, DHCP, GPO və digər infrastruktur servisələrinin idarə olunmasında iştirak.
DR və BCP prosesləri çərçivəsində server və saxlanc sistemlərinin replikasiyası, testləri və bərpa ssenarilərində iştirak.
İnfrastruktur üzrə texniki sənədləşmənin hazırlanması və aktual saxlanılması.
Audit, informasiya təhlükəsizliyi və daxili nəzarət tələbləri üzrə tələb olunan texniki məlumatların hazırlanması.
Yeni layihələrdə server və saxlanc infrastrukturu üzrə texniki dəstəyin göstərilməsi.
Daxili istifadəçilər və digər IT komandalarından daxil olan sorğuların vaxtında və keyfiyyətli icra edilməsi.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
Texniki səriştəliklər
  • Kubernetes, Vault, VMWare, Linux, Docker
Dil biliyi
  • İngilis -
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
08 İyun 2026
Bitmə tarixi
30 İyun 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
2 - 3 il
Struktur
İT infrastrukturunun idarə edilməsi departamenti / Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz