Bölmələr
Kadr işinin təşkili bölməsinin eksperti
Bitmə tarixi: 31 İyul 2026
Vəzifə funksiyaları
- Əməkdaşların şəxsi işlərinin davamlı aparılmasını təşkil edir;
- Hər ilin əvvəlində işçilərin məzuniyyət cədvəlinin tərtib edilməsini təmin edir, işçilərin ərizələri əsasında məzuniyyət əmrlərini hazırlayır, aidiyyatı əməkdaşlara /struktur bölmələrə göndərir və il ərzində məzuniyyətlərin verilməsi uçotunun cədvələ əsasən aparılmasını həyata keçirir;
- Ezamiyyələrin rəsmiləşdirilməsi və qeydiyyatını həyata keçirir;
- İş vaxtının qeydiyyat tabelinin hazırlanması və gündəlik aparılmasını həyata keçirir;
- İşçilərin sosial sığortasına aid lazımi sənədlərin hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərir;
- Birbaşa rəgbərinini göstərişi ilə banka aidiyyatı olan şəxslərin siyahısının hazırlanmasını və vaxtaşırı yenilənməsini həyata keçirir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri və sahə rəhbərinin əmək müqaviləsi, departamentin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili korporativ aktların vəzifə öhdəliklərinə aid olan göstərişlərindən irəli gələn tapşırıq və sərəncamlarını yerinə yetirir
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Detallara diqqət
  • Nəticəyə yönümlülük
Texniki səriştəliklər
  • ƏMAS sistemində sərbəst işləmə bacarığı
  • Əmək qanunvericiliyi bilikləri
Dil biliyi
  • Azərbaycan - Yüksək
Kompüter biliyi
  • MS Excel - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
30 İyun 2026
Bitmə tarixi
31 İyul 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 2 il
Struktur
İnsan resursları departamenti / Kadr işinin təşkili və katiblik şöbəsi
Ünvan
Bakı, Atatürk pr., 42
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz