Bölmələr
Qərarların icrası şöbəsinin təcrübəçisi
Bitmə tarixi: 31 İyul 2026
Vəzifə funksiyaları
- İcraatında olan işlər üzrə borclu və zaminlərlə telefon əlaqəsi saxlayır, onlara Banka olan borcları barədə ətraflı məlumat verir, zərurət olduqda onları banka dəvət edir, borcun ödətdirilməsi məqsədilə onlarla danışıqlar aparır, habelə borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq görüləcək tədbirlər və məsuliyyət növləri barədə məlumat verir;
- Borcluların və zaminlərin ünvanlarına bildirişlər, xəbərnamələr, məktublar və s. göndərir;
- İcra qurumları ilə əməkdaşlıq edərək icra sənədlərinin icra olunması işində iştirak edir;
- İcra tədbirləri üzrə qəbul olunmuş qərarların icrasını nəzarətdə saxlayır;
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının və notariusun icra qeydlərinin yenidən icraya yönəldilməsini təmin edir;
- İcra qurumlarına təqdim olunması məqsədilə, borcun borclunun əmək haqqı, pensiya və ya digər gəlirlərinə yönəldilməsi barədə bankın müraciət məktublarının hazırlanılmasının və müvafiq olaraq həmin məktubların icra qurumlarına təqdim edilməsinin, habelə icra qurumları tərəfindən borcun borclunun əmək haqqı, pensiya və ya digər gəlirlərinə yönəldilməsinin təmin edilməsini ağlabatan müddətdə icra edir;
Yumşaq bacarıqlar
  • Nizam intizam
  • Məsuliyyət
  • Sərbəstlik
  • Adaptasiya
  • İşi təqib etmə
  • Etik davranış
  • Dürüstlük
  • Dinləmə
  • Öyrənmə qabiliyyəti
  • Şəxsi inkişaf
Digər şərtlər
Müvafiq təcrübə proqramı Yeni Gəncə Filialı üçün nəzərdə tutulmuşdur.
Dil biliyi
  • Azərbaycan - Yüksək
Kompüter biliyi
  • MS Ofis - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
13 İyul 2026
Bitmə tarixi
31 İyul 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Məhkəmə və icra işləri üzrə hüquq departamenti / Qərarların icrası şöbəsi
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz