Bölmələr
Müraciətlərə baxılması bölməsinin kiçik eksperti
Bitmə tarixi: 31 İyul 2026
Vəzifə funksiyaları
MS Office proqramları, Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti; rus dili üzrə baza biliklərə tələb - arzuolunandır. Vaxtın düzgün idarə edilməsi və təşəbbüskarlıq, məsuliyyətli, öyrənməyə həvəsli.Problemli kreditlərlə işin sistemli şəkildə tənzimlənməsi məqsədilə Banka daxil olmuş problemli kreditlər üzrə borcluların müraciətlərinin müvafiq qaydada qeydiyyatını aparır.Kreditlərin restrukturizasiyası, müvafiq güzəştlərin tətbiqi və ümumilikdə problemli kreditlər üzrə müştəri müraciətlərinin obyektiv araşdırılması məqsədilə müraciətləri şöbə müdirinə təqdim edir və yönləndirir.Şöbənin səlahiyyətləri daxilində qəbul olunmuş qərarların icrasını təmin edir və ya icra olunması üçün aidiyyəti struktur bölmələrə yönləndirir.
Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə zəruri məlumat və sənədlərin əldə olunmasını təmin edir.
Gördüyü işlər barədə mütəmadi olaraq şöbə müdirini məlumatlandırır, tələb olunduqda müvafiq hesabatlar təqdim edir.
Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir, Restrukturizasiya olunan işlərin rəsmləşdirilməsini həyata keçirir.
Yumşaq bacarıqlar
  • Detallara diqqət
  • Nizam intizam
  • Məsuliyyət
Texniki səriştəliklər
  • MS ofis proqramları
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • Rus - Başlanğıc
Kompüter biliyi
  • Vörd - Orta
  • Excell - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
15 İyul 2026
Bitmə tarixi
31 İyul 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Problemli kreditlər departamenti / Müraciətlərə baxılması və təqibə dəstək şöbəsi
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz