-Bankın fəaliyyət göstəricilərinin müntəzəm təhlilini aparmaq və nəticələr əsasında analitik hesabatlar hazırlamaq;
-Strateji planın icrasına dair göstəricilərin monitorinqini həyata keçirmək və rəhbərliyə hesabatlar təqdim etmək;
-Biznes istiqamətləri üzrə KPI-lərin hazırlanmasında və təhlilində iştirak etmək;
-Bankın maliyyə, əməliyyat və biznes göstəricilərinin dinamikasını təhlil etmək;
-Yeni məhsul və xidmətlərin tətbiqi üzrə biznes əsaslandırmaların (Business Case) hazırlanmasında iştirak etmək;
-Məlumat bazalarının təhlili, məlumat keyfiyyətinin qiymətləndirilməsi və analitik modellərin hazırlanmasına dəstək vermək;
-Dashboard və idarəetmə hesabatlarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
-Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək analitik məlumatların toplanmasını və emalını təmin etmək;
-Rəhbərlik tərəfindən verilən digər analitik və strateji tapşırıqları icra etmək.