Bölmələr
Texniki şöbənin eksperti (Ödəniş sistemləri departamenti)
Bitmə tarixi: 31 İyul 2026
Vəzifə funksiyaları
- Ödəniş kartları üzrə əməliyyat sisteminin (SmartVista sistemi) applikativ inzibatçılığı, sistem resurslarına nəzarət olunmasında iştirak edilməsi;
- Ödəniş kartları üzrə əməliyyat sisteminin (SmartVista sistemi) bankdaxili və kənar sistem infrastrukturu ilə qarşılıqlı əlaqələndirilməsi üzrə tədbirlərin görülməsinda iştirak edilməsi;
- Departament direktoru ilə razılaşdırılmaqla, ödəniş kartları üzrə əməliyyat sistemində müvafiq texniki sazlama və yenilənməllərin aparılması;
- Meydana çıxmış texniki nasazlıqlar və digər problemlər barəsində təchizatçı şirkət və digər aidiyyatı tərəflər qarşısında sorğunun qaldırılması və müvafiq həllinə nail olunmasında iştirak edilməsi;
- Bankın ödəniş sistemlərinin nəznində prosessinqin 24/7 rejimində işləməsinin təmin edilməsi;
- Ödəniş kartları üzrə əməliyyat sisteminin (Web/Front/Back) yenilənməsi və verilənlər bazasına nazərət edilməsində iştirak;
- Bankın emissiya etdiyi ödəniş kartları üzrə reyestrin formalaşdırılması və mütəmadi əsasda yenilənməsi;
- Ödəniş kartları ilə aparılmış əməliyyatlar üzrə hər hansı bir axtarış və ya araşdırmanın aparılmasında iştirak edilməsi;
- Ödəniş kartlarının personalizasiyası şöbəsinin əməkdaşlarından biri məzuniyyət və ya ezamiyyətdə olduğu, həmçinin əmək qabiliyyətini itirdiyi dövrdə işdə olmadığı vaxtlarda onun vəzifələrini icra edir;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edilməsi;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamların qeyd-şərtsiz yerinə yetirilməsi.
- Oracle da systemin yenilenmesi, patchlarin gurashtirilmasi ,binlerin yenilənməsi.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Təşəbbüskarlıq
Texniki səriştəliklər
  • Ödəniş sistemləri haqqında biliklər
  • Ekvayer xidməti üzrə billiklər
  • Emitent xidməti üzrə biliklər
Digər şərtlər
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • Rus - Orta
  • İngilis - Yüksək
Kompüter biliyi
  • SQL - Yüksək
  • PL/SQL - Başlanğıc
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
20 İyul 2026
Bitmə tarixi
31 İyul 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Ödəniş sistemləri departamenti / Texniki şöbə
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz