Bölmələr
Terminalların texniki dəstəklənməsi şöbəsinin eksperti
Bitmə tarixi: 31 Avqust 2026
Vəzifə funksiyaları
Bankomat, POS, ödəniş terminalları və Qmatic avadanlıqlarının texniki dəstəklənməsi üzrə mütəxəssis.

Əsas vəzifələr:

Bankomat
• bankomatlarda əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
• bankomatların texniki vəziyyətinin və işləkliyinin monitorinqinin aparılması;
• əməliyyat sistemi və proqram təminatında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
• problemli ödəniş əməliyyatlarının araşdırılması;
• inkassasiya prosesi zamanı inkassatorlara texniki dəstəyin göstərilməsi;
• bankomatların şəbəkə bağlantısında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması;
• nağd pulvermə mexanizmi, çek printeri, monitor və bankomatın digər aparat modullarında yaranan nasazlıqların diaqnostikası, təmiri və aradan qaldırılması.
Ödəniş terminal
• əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
• proqram təminatı və əməliyyat sistemində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
• nağd pul vasitəsilə həyata keçirilmiş problemli ödəniş əməliyyatlarının araşdırılması;
• inkassasiya prosesi zamanı texniki dəstəyin göstərilməsi;
• ödəniş terminallarının dövriyyəyə buraxılan yeni pul əskinaslarının qəbuluna uyğunlaşdırılmasının təmin edilməsi;
• əskinasqəbuledici, çek printeri, sensor ekran və digər aparat komponentlərində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması.
POS-terminal
• POS-terminallarda əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və sazlanması;
• partnyorlara telefon vasitəsilə və ya yerində texniki dəstəyin göstərilməsi;
• ödəniş əməliyyatları ilə bağlı problemlərin ilkin araşdırılması və səlahiyyət çərçivəsində aradan qaldırılması;
• POS-terminalların Vergi reyestrində qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;
• yeni POS-terminalların göstərilən ünvanlara çatdırılması, quraşdırılması və sazlanması;
• nasaz POS-terminalların diaqnostikası və təmiri;
• nasazlığın yerində aradan qaldırılması mümkün olmadıqda avadanlığın servis mərkəzinə göndərilməsinin təşkili.
Qmatic sistemi
• Qmatic avadanlıqlarında əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
• texniki və proqram təminatı ilə bağlı nasazlıqların diaqnostikası və aradan qaldırılması;
• elektron növbə avadanlıqlarının stabil işləməsinin təmin edilməsi.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Nəticəyə yönümlülük
  • Detallara diqqət
Digər şərtlər
Namizədə tələblər
• Bankomatlar, POS-terminallar və ödəniş terminalları ilə iş üzrə 1–3 il təcrübə;
• Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması
• Bankomat və ödəniş terminal avadanlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;
• Diaqnostik proqramlar, sistem jurnalları və xəta kodları ilə işləmək bacarığı;
• TCP/IP, LAN/WAN, DNS, DHCP və şəbəkə bağlantıları üzrə bilikləri;
• Avadanlıqların profilaktik texniki xidmətinin aparılması üzrə bacarıqlar;
• Ehtiyat hissələrinin və texniki avadanlıqların uçotunun aparılması üzrə ilkin bacarıqlar;
• Nasazlıqların səbəblərini operativ müəyyən etmək, prioritetləşdirmək və aradan qaldırmaq bacarığı;
• Məsuliyyətlilik, diqqətlilik, operativlik və stresə davamlılıq;

Dil biliyi
  • Azərbaycan - Mükəmməl
  • Rus - Orta
  • İngilis - Orta
Kompüter biliyi
  • Windows 7 / 10 / 11 - Yüksək
  • Microsoft office - Orta
  • Diaqnostik proqramlar - Orta
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
30 İyul 2026
Bitmə tarixi
31 Avqust 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
1 - 3 il
Struktur
Texniki və proqram dəstəyi departamenti / Terminalların texniki dəstəklənməsi şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz