Bölmələr
Xidmət bölməsinin kiçik eksperti
Bitmə tarixi: 31 Oktyabr 2026
Vəzifə funksiyaları
Aşağıda göstərilən vəzifələri bölmə rəhbərinin, o olmadıqda aparıcı ekspert/ekspertin nəzarəti altında icra edir:
1. Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
2. Tərəfindən aparılmış əməliyyatlar üzrə Bankın mövcud olan tariflərinə əsasən bank komissiyalarını tutur;
3. Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi ilə əlaqədar bütün növ tapşırıq sənədlərini (kassa mədaxil və məxaric orderləri, pul çekləri, ödəniş tapşırıqları, xarici valyutanın alqı-satqı sifarişləri, balansdankanar mədaxil və məxaric orderləri (çeklər və kartlar üzrə) və s.) hazırlayır və ya qəbul edir, yoxlayır və xüsusi qeydləri olmadığı halda imzalayaraq bankdaxili təlimatlara əsasən icra edir və ya müvəkkil bölmələrə ötürür;
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Nizam intizam
  • Detallara diqqət
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
30 Sentyabr 2026
Bitmə tarixi
31 Oktyabr 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
Tələb olunmur
Struktur
Şirvan filialı
Ünvan
Şirvan, M. Rəsulzadə, 33
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz