Bankın mobil tətbiqlərində mövcud servislərlə bağlı verilmiş tapşırıq, tələb və ya texniki sənədlər əsasında dəyişiklikləri kodlaşdırır, ilkin testlərini həyata keçirir və təhvil verir.
Bankın müvafiq struktur bölmələrindən mobil tətbiqlərlə bağlı daxil olan sorğular (biznes tələbləri, istifadəçi istəkləri, tənzimləyici tələblər, risk xarakterli sorğular və s.) əsasında tətbiqdə istifadə olunan əlaqəli backend servisləri və API-lərdə dəyişiklikləri kodlaşdırır, ilkin testlərini həyata keçirir və təhvil verir.
Ali Təhsil (İnformasiya texnologiyaları sahəsində ali təhsilin olması üstünlükdür)
Sahəsi üzrə 1 ildən artıq təcrübəyə malik olması Kod saxlama, versiya sistemləri (GIT) ilə praktiki iş təcrübəsinin olması
Proqram təminatının hazırlanması prosesi, həyat dövrü və texnologiyaları haqqında biliklərə malik olmaq Arxitektura üslubları və sistem dizaynı haqqında biliklərin olması Geniş istifadə olunan Java çərçivələri (Spring, Spring boot, Micronaut, Hibernate) ilə bağlı biliklər REST api və SOAP veb servislərinin texniki analiz, dizayn edilmə və kodlaşdırılma bacarığı Məlumatların modelləşdirilməsi və verilənlər bazasının (cədvəllərin) dizaynı ilə bağlı təcrübənin olması Alqoritmlər, məlumat strukturları barədə yaxşı səviyyədə biliklər, mikroservis arxitekturası barədə məlumatlara sahib olmaq
Bankın müvafiq struktur bölmələrindən mobil tətbiqlərlə bağlı daxil olan yeni tələblər, layihələr üzrə təqdim edilmiş texniki sənədlər əsasında yeni backend servislərinin və API-lərin yaradılmasını kodlaşdırır, ilkin testlərini həyata keçirir və təhvil verir.
Bankın aidiyyəti sifarişlərinin icrası prosesinə cəlb olunmuş üçüncü tərəflər (vendor təşkilatları, inteqratorlar və s.) üçün təqdim ediləcək servis və API-lərlə bağlı müvafiq texniki sənədlərin hazırlanmasında iştirak edir.