Bölmələr
Klirinq şöbəsinin aparıcı eksperti
Bitmə tarixi: 28 Noyabr 2026
Vəzifə funksiyaları
- Bankın qoşulduğu “Təcili ödəniş sistemləri” üzrə hesablaşmaların aparılması, göndərilmiş və daxil olmuş məbləğlər üzrə komissiyaların Bankın əməliyyat proqramında əks etdirilməsi, lazım olduğu hallarda klirinq əsasında ödəniş edilməsi üçün ödəniş tapşırığının tərtib edilməsi və bankdaxili qaydalara əsasən icrası
- İnternet banking/ödəniş terminalları/bankomatlar vasitəsilə aparılan kommunal, rabitə, kredit, sığorta, dövlət rüsumları, digər xidmətlərin ödənişləri üzrə əməkdaşlıq edilən təşkilatlarla müvafiq hesablaşmaların aparılması, Banka çatacaq komisyon haqlarını Bankın əməliyyat proqramında əks etdirilməsi, gündəlik əsasla bu sistemlər üzrə ödəniş tapşırıqlarını tərtib edilməsi və bankdaxili qaydalara əsasən icrasının təmin edilməsi
- KÖMİS üzrə ödənişlərin qəbulu ilə bağlı müvafiq klirinqin aparılması, bu klirinq əsasında banka çatacaq komisyon haqları Bankın əməliyyat proqramında əks etdirilməsi
- Ödəniş kartları ilə aparılan əməliyyatlara dair Mastercard/VISA/yerli kart prosessinq təşkilatları/ödəniş sistemləri və banklar ilə hesablaşmaların aparılması
- Prosessinq təşkilatları/ödəniş sistemləri tərəfindən təqdim olunmuş hesab fakturalar üzrə ödənişin icra olunması
- Müxtəlif ödənişlərin (rabitə, kommunal, sığorta və s.) aparılması üzrə aylıq əsasla hesab fakturaların tərtib edilməsi və Bankın əməkdaşlıq etdiyi xidmət müəssisələrinə göndərilməsi
- Müvafiq hesabatlar əsasında bankomatların inkassasiyalarının Bankın əməliyyat proqramında yoxlanılması
- Banka və Bankın müştərilərinə məxsus olan ödəniş tapşırıqlarının Mərkəzi bankın tələblərinə və həmçinin Bankın Ödəniş sistemləri vasitəsi ilə icra olunan ödəniş tapşırıqları və müxbir banklar arası aparılan məlumat mübadiləsi üzrə təlimatına uyğun olaraq tərtib edilməsini yoxlayır.
- Banka və Bankın müştərilərinə məxsus olan ödəniş tapşırıqlarının müvafiq sistemdə yığılmış formasının kağız daşıyıcısı ilə uyğunluğunun yoxlanılması
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Aktivlik (enerji, cəldlilik)
  • Detallara diqqət
  • Analitik düşünmə qabiliyyəti
Texniki səriştəliklər
  • XÖHKS/AZİPS/SWIFT
  • Hesablaşma/klirinq
Dil biliyi
  • İngilis - Orta
Kompüter biliyi
  • Excel -
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
28 Oktyabr 2026
Bitmə tarixi
28 Noyabr 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
2 - 3 il
Struktur
Əməliyyat departamenti / Klirinq şöbəsi
Ünvan
Bakı, Atatürk pr. 50A
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz