Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
Qаrşısınа qоyulаn vəzifələrin icrаsı məqsədi ilə zəruri məlumаt və sənədləri аlır.
Müştərilərə, habelə zamin, girov qoyan, ipoteka qoyan və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə və onlarla bağlı olan digər ünvanlara xəbərdarlıqlar və bildirişlər göndərilməsi barədə aidiyyatı struktura sifariş verir.
Gördüyü işlər barədə mütəmadi olaraq şöbə müdirinə məlumat verir və tələb edildikdə hesabat təqdim edir.
Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür;
Təhkim olunmuş portfeli üzrə borcalanın öhdəliklərinin aidiyyatı olan digər şəxslərə ötürülməsi, restrukturizasiyası və ya yenidən rəsmiləşdirilməsi istiqamətində müştəriləri müvafiq struktura yönləndirir.