Bölmələr
Şəbəkənin idarə edilməsi şöbəsinin baş eksperti
Bitmə tarixi: 30 Noyabr 2026
Vəzifə funksiyaları
Bankın baş ofisi, filialları, məlumat mərkəzləri və ehtiyat mərkəzi üzrə şəbəkə infrastrukturunun fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək;
LAN, WAN, Wi-Fi və SD-WAN şəbəkələrinin layihələndirilməsi, qurulması, idarə edilməsi və optimallaşdırılmasını həyata keçirmək;
Router, switch, firewall və simsiz şəbəkə avadanlıqlarının konfiqurasiyasını, yenilənməsini və texniki dəstəyini təmin etmək;
Fortinet, Cisco və Palo Alto həlləri əsasında qurulmuş şəbəkə və təhlükəsizlik infrastrukturunu idarə etmək;
Filiallar və məlumat mərkəzləri arasında rabitə kanallarını, internet bağlantılarını və alternativ bağlantıların avtomatik işə düşməsi mexanizmlərini idarə etmək;
Şəbəkənin seqmentasiyasını, VLAN, routing, access control və şəbəkələrarası giriş qaydalarını tətbiq etmək və aktuallığını təmin etmək;
Site-to-Site və Remote Access VPN bağlantılarını, o cümlədən çoxfaktorlu autentifikasiya ilə inteqrasiyanı qurmaq və dəstəkləmək;
NAC və AAA həlləri vasitəsilə istifadəçi və cihazların şəbəkəyə girişinə, həmçinin şəbəkə avadanlıqlarına inzibati girişlərə nəzarəti təmin etmək;
Şəbəkə performansını, əlçatanlığını və kanal yüklənməsini monitorinq etmək, nasazlıqları operativ aradan qaldırmaq və insidentlərin kök səbəblərini araşdırmaq;
İnformasiya təhlükəsizliyi bölməsi ilə birlikdə şəbəkə təhlükəsizliyi tələblərini tətbiq etmək, audit və zəiflik yoxlamaları nəticəsində müəyyən edilmiş çatışmazlıqları aradan qaldırmaq;
Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının ehtiyat nüsxələnməsini, bərpasını və proqram təminatı yeniləmələrini təşkil etmək;
Ehtiyat mərkəzin şəbəkə hazırlığını təmin etmək, yüksək əlçatanlıq və fəlakətdən bərpa sınaqlarında iştirak etmək;
Yeni bank sistemləri və xidmətləri üçün şəbəkə tələblərini qiymətləndirmək, müvafiq bağlantıları və infrastruktur dəyişikliklərini həyata keçirmək;
Şəbəkə sxemlərini, IP ünvan planını, avadanlıq inventarını və istismar təlimatlarını hazırlamaq və aktual saxlamaq;
Şəbəkə dəyişikliklərini bankın dəyişikliklərin idarə edilməsi proseduruna uyğun planlaşdırmaq, riskləri qiymətləndirmək və geri dönüş planlarını hazırlamaq;
Telekommunikasiya provayderləri, təchizatçılar və texniki dəstək tərəfdaşları ilə texniki məsələləri koordinasiya etmək;
Şəbəkə idarəetməsində təkrarlanan əməliyyatların avtomatlaşdırılmasında iştirak etmək, komandanın digər əməkdaşlarına texniki dəstək və bilik paylaşımını təmin etmək.
Yumşaq bacarıqlar
  • Məsuliyyət
  • Detallara diqqət
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
19 Noyabr 2026
Bitmə tarixi
30 Noyabr 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
5 - 6 il
Struktur
İT infrastrukturunun idarə edilməsi departamenti / Şəbəkənin idarə edilməsi şöbəsi
Ünvan
Bakı, Ağa Nemətulla küç. 219
Abunə olmaqla bütün yeniliklərimizdən eləcə də aktiv vakansiyalardan xəbərdar ola bilərsiniz